
Corc Rivz
- Doğum tarixi
- 5 yanvar 1914 · Oğlaq
- Ölüm tarixi
- 16 iyun 1959 (45 yaş)
- Doğum yeri
- ABŞ
Corc Rivz — Supermen rolunun ilk ifaçılarından biri kimi məşhurlaşan amerikalı aktyordur. Əsl adı Corc Kifer Brüer olan aktyor Ayova ştatının Vulstok şəhərində Don Brüer və Helen Leşerin ailəsində anadan olmuş, daha sonra Kaliforniyada böyümüşdür. Valideynləri ayrıldıqdan sonra anası Frenk Bessolo ilə ailə qurmuş və ögey ata Corcu övladlığa götürmüşdür. Təhsilini başa vurduqdan sonra həvəskar boksla məşğul olan aktyor kino fəaliyyətinə 1939-cu ildə qədəm qoymuşdur. Kinosevərlər üçün Corc Rivz filmləri və serialları sırasında aktyorun Brent Tarlton obrazını canlandırdığı məşhur «Gone with the Wind» (1939) ekran əsəri və ona ən böyük şöhrəti qazandıran «Adventures of Superman» (1951–1958) layihəsi xüsusi yer tutur. İkinci Dünya müharibəsi illərində orduda xidmət etmiş, 1940–1949-cu illərdə Ellanor Nidlz ilə evli olmuşdur. Aktyorun müəmmalı tərcümeyi-halı 1959-cu il iyunun 16-da baş verən ölümü ilə yekunlaşmışdır. Rəsmi olaraq onun Luger tapançası ilə intihar etdiyi bildirilsə də, sui-qəsd və ya bədbəxt hadisə ehtimalları da səslənmiş, bu hadisəyə həsr olunmuş «Hollywoodland» (2006) filmində Rivzin obrazını Ben Afflek canlandırmışdır.

