Coan Krauford
Aktrisa

Coan Krauford

Joan Crawford
Doğum tarixi
23 mart 1906 · Qoç
Ölüm tarixi
10 may 1977 (71 yaş)
Doğum yeri
San Antonio, ABŞ
12layihə
12film
1925–1982kinoda

Coan Krauford — səssiz və səsli kino dövrünün məşhur amerikalı aktrisasıdır. Əsl adı Lüsil Fey Lesyur olan sənətçi 23 mart 1906-cı ildə ABŞ-ın Texas ştatının San-Antonio şəhərində anadan olub. Uşaqlıqdan rəqqasə olmağı hədəfləyən Krauford müxtəlif dərslər alaraq müsabiqələrdə iştirak edib. 1923-cü ildə Kanzas-Sitidə qazandığı qələbədən sonra Çikaqo, Detroyt və Nyu-York klublarında çıxış edib, 1925-ci ildə isə Hollivuda yollanaraq qısa müddətdə filmlərdə çəkilməyə başlayıb. Aktrisanın yaradıcılığında bir çox uğurlu ekran əsərləri yer alır. O, 1939-cu ildə çəkilmiş «The Women» filmində Kristal Allen obrazını canlandırıb, 1946-cı ildə isə «Mildred Pierce» dramındakı baş roluna görə «Oskar» mükafatına layiq görülüb. Coan Krauford filmləri sırasında 1952-ci il istehsalı olan «Sudden Fear» trilleri xüsusi yer tutur; o, bu layihədə Mayra Hadson Bleyn rolunu ifa etməklə yanaşı həm də prodüser kimi fəaliyyət göstərib. Sənətçinin digər məşhur işi isə Bett Deyvis ilə tərəf-müqabili olduğu «What Ever Happened to Baby Jane?» filmidir. Coan Krauford 10 may 1977-ci ildə ürək tutmasından vəfat edib. Onun ölümündən sonra övladlığa götürdüyü qızı Kristina tərəfindən yazılan və böyük səs-küy doğuran «Mommie Dearest» xatirə kitabı işıq üzü görüb.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi