Adriano Çelentano
Aktyor

Adriano Çelentano

Adriano Celentano
Doğum tarixi
6 yanvar 1938 (88 yaş) · Oğlaq
Doğum yeri
İtaliya
32layihə
31film
1cizgi filmi
1960–2019kinoda

Adriano Çelentano — italyan aktyoru, estrada müğənnisi, bəstəkar, kinorejissor və televiziya aparıcısıdır. O, 6 yanvar 1938-ci ildə Milan şəhərində anadan olub. Səhnədəki özünəməxsus hərəkətlərinə görə İtaliyada ona «Molleggiato» («Yaylar üzərində») ləqəbi verilmişdir. Yaradıcılığı dövründə 600-ə yaxın mahnı ifa edən, 150 milyon tirajla 41 studiya albomu buraxan sənətkar qırxdan artıq kinofilmdə çəkilmişdir. Adriano Çelentano iştirakı ilə filmlər komediya janrında böyük uğur qazanmışdır. Onun çəkildiyi məşhur ekran əsərləri sırasında «Bluff» (1976), «Velvet Hands» (1979), «The Taming of the Scoundrel» (1980), «Madly in Love» (1981), «Asso» (1981) və «Bingo Bongo» (1982) filmləri xüsusi yer tutur. Aktyor «Bluff» və «Velvet Hands» filmlərindəki obrazlarına görə ən yaxşı kişi roluna təyin olunan «David di Donatello» mükafatına layiq görülüb. 1989-cu ildə Milan şəhərinin ali mükafatı «Ambrogino d’oro» ilə təltif edilən aktyor, 2007-ci ildə Time Out jurnalının «Ən parlaq 100 kino ulduzu» siyahısına başçılıq etmişdir. Həmçinin 1987-ci ildə kəşf edilmiş 6697 nömrəli asteroidə onun adı verilmişdir. Hazırda həyat yoldaşı ilə birlikdə Qalbyatedəki villasında yaşayan Çelentano sənət fəaliyyətini davam etdirir; 2016-cı ilin noyabrında onun Mina ilə birgə yazdırdığı «Le migliori» albomu işıq üzü görmüşdür.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi