Robin Rayt
Aktrisa

Robin Rayt

Robin Wright
Doğum tarixi
8 aprel 1966 (60 yaş) · Qoç
Doğum yeri
Dallas, ABŞ
25layihə
21film
3serial
1cizgi filmi
1984–2025kinoda

Robin Rayt — həm kino, həm də televiziya layihələrindəki yaddaqalan obrazları ilə məşhurlaşan ABŞ aktrisası və rejissorudur. O, 8 aprel 1966-cı ildə Texas ştatının Dallas şəhərində əczaçılıq meneceri və kosmetika satıcısı olan valideynlərin ailəsində anadan olub. Böyük qardaşı ilə böyüyən Robin La Jolla orta məktəbində təhsil alıb. Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl karyerasına model kimi start verib. Robin Raytın iştirakı ilə filmlər və seriallar tamaşaçılar tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb. Aktrisanın ən uğurlu işləri sırasında məşhur «Forrest Gump» (1994) filmindəki Cenni Karran obrazı xüsusi yer tutur. O, həmçinin «Message in a Bottle» (1999), «White Oleander» (2002), «The Girl with the Dragon Tattoo» (2011), «Moneyball» (2011) və «Blade Runner 2049» (2017) kimi tanınmış filmlərdə müxtəlif xarakterli rollar canlandırıb. Sənətçinin yaradıcılığında mühüm mərhələlərdən biri «House of Cards» (2013) serialı olub. Bu layihədə Kler Andervud rolunu ifa edən sənətçi 2014-cü ildə «Qızıl Qlobus» mükafatına layiq görülüb, eyni zamanda serialın bir neçə seriyasına rejissorluq edib. Şəxsi həyatına gəldikdə, Robin Rayt aktyor Şon Penn ilə evli olub və bu nikahdan qızı Dilan ilə oğlu Hopper dünyaya gəlib. 2018-ci ildə isə moda evi meneceri Kliment Jiro ilə ailə həyatı qurub.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi