
Rejissor
Maykl Körtiz
Michael Curtiz
- Doğum tarixi
- 24 dekabr 1886 · Oğlaq
- Ölüm tarixi
- 10 aprel 1962 (75 yaş)
- Doğum yeri
- Budapeşt, Macarıstan
12layihə
12film
1931–1958kinoda
Maykl Körtiz — dünya kinosuna mühüm töhfələr vermiş macar əsilli ABŞ rejissorudur. Karyerasına Budapeştdə başlayan kinematoqrafçı Teatr Sənəti Akademiyasında təhsil alıb, 20 yaşında Milli Teatrın aktyoru olub və 1912–1919-cu illərdə "Feniks" kinostudiyasında uğurlu layihələrə imza atıb. 1920-ci illərin əvvəllərində Vyanaya köçən sənətkar İtaliya, Almaniya və İsveçdə çalışdıqdan sonra 1927-ci ildən fəaliyyətini ABŞ-da davam etdirib. Rejissorun filmləri kino tarixində xüsusi yer tutur. Maykl Körtiz tərəfindən çəkilmiş və saytda təqdim olunan ən məşhur ekran əsərləri sırasında "Angels with Dirty Faces" (1938) və kino klassikası sayılan "Casablanca" (1942) yer alır.
Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb



