
Oliviya de Hevillend
- Doğum tarixi
- 1 iyul 1916 · Xərçəng
- Ölüm tarixi
- 26 iyul 2020 (104 yaş)
- Doğum yeri
- Tokio, Yaponiya
Oliviya de Hevillend — 1930 və 1940-cı illərdə Hollivudun ən tanınmış və tələbatlı ulduzlarından biri olmuş ingilis-amerikan aktrisasıdır. Tam adı Oliviya Meri De Hevillənd olan sənətçi 1 iyul 1916-cı ildə Yaponiyanın Tokio şəhərində anadan olub. Onun anası Lilian Avqusta Rüz Lilian Fonteyn təxəllüsü ilə çıxış edən teatr aktrisası idi. 1917-ci ildə Oliviyanın bacısı Coan Fonteyn dünyaya gəlib. Hər iki bacının aktrisalıq fəaliyyəti zamanı aralarında yaranan gərgin rəqabət elə bir həddə çatmışdı ki, onlar təmasları tamamilə kəsmiş və bir-biri ilə danışmamışlar. Oliviya de Hevillend bir çox məşhur ekran əsərlərində rol almışdır. Onun yaradıcılıq yolunda «The Adventures of Robin Hood», «Hush...Hush, Sweet Charlotte», «Airport '77» və «The Fifth Musketeer» kimi filmlər xüsusi yer tutur. 1939-cu ildə çəkilən «Gone with the Wind» filmindəki Melani Hamilton obrazı və 1949-cu il istehsalı «The Heiress» filmində canlandırdığı Ketrin Sloper rolu aktrisanın zəngin karyerasının əsas işlərindəndir. 1940-cı illərin sonunda üç dəfə «Ən yaxşı qadın rolu» nominasiyasında «Oskar» mükafatına namizəd göstərilən aktrisa iki dəfə bu mükafatın sahibi olub: 1947-ci ildə «To Each His Own» və 1950-ci ildə «The Heiress» filmlərinə görə. Oliviya de Hevillend 26 iyul 2020-ci ildə vəfat etmişdir.



