Viktor Smirnov
Aktyor

Viktor Smirnov

Viktor Smirnov
Doğum tarixi
4 avqust 1945 · Şir
Ölüm tarixi
12 avqust 2017 (72 yaş)
Doğum yeri
Klin, Rusiya
28layihə
23film
5serial
1936–2012kinoda

Viktor Smirnov — sovet və Rusiya teatr və kino aktyoru, Rusiyanın Xalq artisti. O, 4 avqust 1945-ci ildə RSFSR-in Klin şəhərində anadan olub. Əmək fəaliyyətinə şüşəüfürən peşəsi ilə başlayan Viktor Smirnov həvəskar dərnəklərdə çıxış edib. 1972-ci ildə Qorki Teatr Texnikumunu bitirdikdən dərhal sonra Lunaçarski adına Penza Vilayət Dram Teatrının truppasına qəbul olunub. On il ərzində bu teatrda 40-dan çox rola imza atan sənətçi 1979-cu ildə RSFSR-in Əməkdar artisti adına layiq görülüb. 1983-cü ildən fəaliyyətini Puşkin adına Leninqrad Akademik Dram Teatrında (Aleksandrinski Teatrı) davam etdirib. Burada 1984-cü ildə «Kapitan qızı» tamaşasında Puqaçov obrazını yaradaraq truppanın aparıcı aktyorlarından birinə çevrilib və bu səhnədə 50-yə yaxın müxtəlif obraz canlandırıb. 1992-ci ildə ona Rusiyanın Xalq artisti fəxri adı verilib. Viktor Smirnovun iştirakı ilə filmlər və seriallar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Onun yaddaqalan ekran işləri arasında «Zolotaya rechka» (1977), «Güzgü qəhrəman üçündür» (1987), «Geniy» (1991) filmləri və «Krot» (2001) serialı yer alır. Aktyor 12 avqust 2017-ci ildə vəfat edib.

Tərcümeyi-hal AZfilm redaksiyası tərəfindən hazırlanıb

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi