Əzizə Məmmədova
Aktrisa

Əzizə Məmmədova

Aziza Mammadova
Doğum tarixi
1 yanvar 1892 · Oğlaq
Ölüm tarixi
14 avqust 1961 (69 yaş)
Doğum yeri
Tbilisi
3layihə
3film
1934–1940kinoda

Əzizə Əbdülbağı qızı Məmmədova - Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1936). Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım Tiflisdə, Tiflis quberniyası, Rusiya imperiyası doğulub. Atası Əbdülbağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər. Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb. Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.

Tanındığı işlər

Filmoqrafiya

Tez-tez birgə işlədiyi