Panfiliya Tanailidi
- Doğum tarixi
- 1 yanvar 1891 · Oğlaq
- Ölüm tarixi
- 15 oktyabr 1938 (47 yaş)
- Doğum yeri
- Məzrə
Panfiliya Tanailidi - aktrisa. Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Başkənd kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib. Panfiliya Tanailidi 1919-cu ildə Mehriban ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Şəmsa ("Trablis müharibəsi", Cəfər Cabbarlı), Azərbay ("Azərbay və Can", İsa bəy Aşurbəyli), 1925-ci ildən sonra isə Kəblə Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə), Emiliya, Karvansaraçı, Cülyettanın dayəsi ("Otello", "Şıltaq qızın yumşalması" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Marqarita, Ledi Ariyella ("80 gün dünya səyahətində" və "Kapitan Qrantın uşaqları", Jül Vern), Şamama cadu ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Köylü qadın, Rübabə, Marqo ("Topal Teymur", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Qəmər xanım ("Tələbələrin kələyi", Brandon Tomas), Tamara, Böyükxanım, Tafta ("Oqtay Eloğlu", "Aydın" və "Sevil", Cəfər Cabbarlı), Marri ("Tom dayının koması", Biçer Stou), Karoleva Anna ("Gülən adam", Viktor Hüqo), Amaliya ("Qorxu", Aleksandr Afinogenov), Qalçixa "Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Nisə xala ("Polad Qartal", Aleksandr Korneyçuk), Nənə ("Göy quş", Moris Meterlink) rollarını və digər səhnə surətlərini ifa edib. 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub[1][2]. Tamaşada Panfiliya Tanailidinin həbsi və sorğu sual olunması da təsvir edilib.