
Aktrisa
Həqiqət Rzayeva
Hagigat Rzayeva
- Doğum tarixi
- 20 may 1907 · Buğa
- Ölüm tarixi
- 2 avqust 1969 (62 yaş)
- Doğum yeri
- Lənkəran
1layihə
1film
1934kinoda
Həqiqət Əli qızı Rzayeva - müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.